Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Mayın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiPrezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib
NövbətiAzərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb