“Biz artıq 5G texnologiyası üzrə standartları qəbul etmişik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao deyib.
O bildirib ki, gələn ildən 5G bütün dünyada tətbiq ediləcək: “Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, 2020-ci ilin iyun ayından bu texnologiyanın müqavilə əsasında bütün dünyada tətbiqinə başlanılacaq”.