Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrlik Azərbaycana keçib.
Türk.az xəbər verir ki, bununla bağlı qərar akademiyanın Elmi Şurasının Bakıda keçirilən III iclasında qəbul olunub.
Təhsil naziri Ceyhun Bayramov deyib ki, Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya sədrlik hər il bir ölkəyə həvalə olunur: “Ötən il şuraya Qırğızıstan rəhbərlik edirdi. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin, beynəlxalq nümayəndəliklər iştirak edir”.