Biləsuvarda arı ailələrinin sayı artıb

Biləsuvar rayonunda bu il arı ailələrinin sayı artıb.

Bu barədə “Report”un yerli bürosuna Arıçıların rayon təşkilatının sədri Gülağa Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu il arı ailələrinin sayı 100-dən çox artaraq, 1 400-ü ötüb.

Təşkilat sədri həmçinin qeyd edib ki, may-iyun aylarında havaların yağıntılı keçməsi həm bəzi arı ailələrin məhv edib, həm də balın məhsuldarlığını aşağı salıb.

Qeyd edək ki, Biləsuvar rayonunda hazırda 118 nəfər arıçılıqla məşğuldur.

ƏvvəlkiCənubi Afrika Respublikasında qar hərəkəti iflic edib
NövbətiArgentinada 6 bal gücündə zəlzələ baş verib