Binəqədi rayonu, S.S.Axundov küçəsində müxtəlif diametrli qaz xətlərinin köçürülməsi, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 7-ci mikrorayonun bir hissəsinin və 3126-cı məhəllənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.