Binəqədidə obyektdə yanğın tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1 600 kv.m olan anbar 650 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

ƏvvəlkiLahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib