“Birbank” mobil tətbiqində yaranan narahatlıqla bağlı rəsmi açıqlama yayılıb

Hazırda “Birbank” mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Bu barədə “Report”a “Kapital Bank”dan verilən məlumatda bildirilir.

“Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də “Apple Pay” və “Google Pay” ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, – bankın məlumatında deyilir.

ƏvvəlkiBritaniyalı alimlər xərçəngin inkişafının qarşısını ala biləcək peyvənd hazırlayırlar
NövbətiMixail Qorbaçovun mükafatdan məhrum olunması tələbi ilə Nobel Komitəsinə müraciət edilib