Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.

Əvvəlki“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası SOCAR yetkililəri ilə görüşüb
NövbətiBirinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb