Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 514,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azdır.
Üç ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.