Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 17-cı ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.