Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!”.

ƏvvəlkiPrezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
NövbətiVaşinqton ətrafında güclü qar yüzlərlə qəzaya və uçuşların ləğvinə səbəb olub