“Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı daha 710 min manat və yaxud 16,6% artırılıb.
“Report” xəbər verirki, BOKT-un kapitalı 4,28 milyon manatdan 4,99 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.