Blinken Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Blinken fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında iştirak etməyi planlaşdırır.

Daha sonra diplomat zəlzələdən sonra amerikalı mütəxəssislərin səylərini müşahidə etmək üçün fevralın 19-da Türkiyənin İncirlik aviabazasına gedəcək.

Yunanıstana səfərində dövlət katibi ölkənin baş naziri, xarici işlər naziri və müxalifət lideri ilə danışıqlar aparacaq.

ƏvvəlkiDünya Bankının prezidenti istefa vermək qərarına gəlib
NövbətiAzərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb