Ukrayna F-16 qırıcılarını əldə edəcək, lakin onların tədarükü bir neçə ay çəkəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.
Həmçinin, onun sözlərinə görə, Kiyev işğal edilmiş ərazilərin 50 %-ni azad edə bilib.
“Bu hələ əks-hücumun nisbətən erkən mərhələsidir. Çətindir və həlli bir-iki həftəyə olmayacaq. Bunun bir neçə ay çəkəcəyini təxmin edirəm”, – diplomat qeyd edib.