BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılıb

BMT Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyası çağırılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, xüsusi sessiyanın bərpası fevralın 10-da Albaniya, Avstraliya, Kanada, Qvatemala, Yaponiya, Moldova, Koreya, Türkiyə, Ukrayna, Böyük Britaniya daimi nümayəndələrinin müraciətindən sonra baş verib.

P.Kubiak deyib ki, fövqəladə xüsusi sessiya fevralın 22-də baş tutacaq.

ƏvvəlkiFHN-in xilasediciləri zəlzələ bölgəsində çadırlar qurur
Növbəti“İllərin sənətkarı” Milli Aşpazlar mükafatına həsr olunmuş “Milli Mətbəxin Muğamı”nın təqdimat mərasimi olub