Gələn ilin birinci yarısında Cənubi Sudanın daşqından zərər çəkmiş ərazilərində 5 yaşından kiçik 1,6 milyondan çox uşaq ciddi qida çatışmazlığından əziyyət çəkəcək.
“Report”un məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı Cenevrədə dərc olunmuş press-relizində xəbərdarlıq edib.
“Cənubi Sudanın daşqından zərər çəkmiş bölgələrindəki uşaqların 2024-cü ilin birinci yarısında ölkədə iqlim böhranı pisləşdiyi üçün həddindən artıq qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir”, – Ümumdünya Ərzaq Proqramı bildirib. Qurum xüsusilə 2021-ci ildə suyun “bütün icmaları su altında qoyduğu və kiçik adalarda onları bağladığı” Rubkona rayonundakı ərzaq probleminin ciddiliyinə diqqət çəkdi. Təşkilatın proqnozuna görə, “2024-cü ildə beş yaşa qədər 1,6 milyondan çox uşağın qida çatışmazlığından əziyyət çəkəcək”.
“Biz qida çatışmazlığının son dərəcə narahatedici artımını müşahidə edirik ki, bu da bataqlıq ərazilərdə izdihamlı şəraitdə yaşamağın birbaşa nəticəsidir”, – Ümumdünya Ərzaq Proqramının Cənubi Sudan üzrə Nümayəndəsi Meri-Ellen MakQroarti deyib. “Su ilə yoluxan xəstəliklərin yayılması humanitar təşkilatların qida çatışmazlığının qarşısının alınması və müalicəsinə xələl gətirir və bundan ən çox uşaqlar zərər çəkir”, – o vurğulayıb.