İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq üçün dünya ölkələrinə 1 trilyon dollar lazımdır.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Məhəmməd Muhiddin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransında çıxışı zamanı bildirib.
O əlavə edib ki, bu məqsədlər üçün əvvəllər təklif edilən 100 milyard dollar, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının yalnız 10%-ni təşkil edir.
BMT-nin xüsusi nümayəndəsi qeyd edib ki, iqlim dəyişikliyinin azaldılması, dəyişikliyə uyğunlaşma və itkilərin kompensasiyası təşəbbüsləri irəli sürülüb.
BMT-nin İqlim Konfransı noyabrın 6-da Şarm əl-Şeyxdə işə başlayıb. Forum noyabrın 18-dək davam edəcək.