BMT-nin Baş katibi: Yaşlı insanlar arasında istidən ölüm halları 85% artıb

“Son 20 ildə həddindən artıq istilərlə bağlı ölən 65 yaşdan yuxarı insanların sayı 85% artıb”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Dağıdıcı istilik hər yerdədir, lakin hamıya eyni dərəcədə təsir etmir. Temperaturun yüksəlməsindən ən çox əziyyət çəkən insanlar şəhərlərdə yaşayan yoxsullar, hamilə qadınlar, əlillər, qocalardır. Məsələn, 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölüm halları son 20 ildə 85% artıb”, – deyə o vurğulayıb.

Bundan əlavə, dünya təşkilatının rəhbəri qeyd edib ki, əsrin ortalarına qədər həddindən artıq isti ərazilərdə yaşayan yoxsulların sayı 7 dəfə arta bilər:

“Həddindən artıq istilər bərabərsizliyi artırır, ərzaq qıtlığı yaradır və insanları daha dərin yoxsulluğa sürükləyir”.

ƏvvəlkiNazir Samir Şərifov iqlim maliyyəsi üzrə hədəfin qəbul olunması üçün G20 maliyyə nazirlərinə çağırış edib
NövbətiFransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb