BMT-nin İşgəncələrə qarşı Komitəsi Fransa hüquq–mühafizə orqanlarını son aylar ərzində nümayişçilərə qarşı həddən artıq güc tətbiq etməkdə günahlandırıb. Polis tərəfindən güc tətbiq olunması nəticəsində bir sıra nümayişçilərin psixoloji zərbəyə məruz qaldığı qeyd edilir. Komitə Fransa dövlətinə tövsiyə edir ki, belə psixoloji zərbəyə məruz qalan insanlara şikayət etmək imkanı yaradılmalı, təhqiqat aparılmalı və zorakı aktlara görə cəza tətbiq olunmalıdır.
Komitə bəzi nümayişçilərin ağır yaralanması və ölüm halları ilə bağlı ciddi narahatlığını bildirib.
İşgəncələrə qarşı Komitənin hazırladığı məruzədə Paris və Sen-Denidəki terror aktlarından sonra ölkədə elan olunan fövqəladə vəziyyətin yaxından öyrənildiyi də qeyd edilir.