BMT rəsmiləri Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək

BMT rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antoniu Quttereş zəlzələdən ziyan çəkən ölkələrin liderləri ilə əlaqə saxlayıb və bölgədə BMT-nin təcili yardım qruplarının səfərbər olduğunu bildirib.

Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışları ilə tam məşğuldur, pis hava şəraiti bunu bir qədər çətinləşdirir.

ƏvvəlkiPrezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
NövbətiEstoniya ABŞ-dan 200 milyon dollarlıq HIMARS alacaq