Boksçumuz Məhəmməd Abdullayev Avropa Oyunlarında bürünc medalı təmin edib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, dünya çempionatının mükafatçısı dörddəbir finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. M.Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Abdullayevdən əvvəl Murad Allahverdiyev (80 kq) də dörddəbir final döyüşünü qələbə ilə bitirib.

Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.

ƏvvəlkiTeatrların qastrol səfərləri bayram günlərində də davam edəcək
NövbətiAzərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib