Azərbaycan və Macarıstan müdafiə nazirlərinin Budapeştdə görüşü olub
Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Budapeşt şəhərində yerləşən "Qəhrəmanlar meydanı" ziyarət...
Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil edilib.
AZƏRTAC xəbər verir ki,...
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər hərbi qulluqçular, şəhid ailələri, müharibə veteranları və qardaş...
Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub
İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,...
Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib və bir sıra...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 12-13-də Belçikada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev səfər çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq...
Azərbaycan Ordusunun hərbi qulluqçusu paraşüt təlimi zamanı həlak olub
“Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik”.
AZƏRTAC xəbər verir ki, bu barədə...
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən...
“Anadolu Ankası – 2024” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib
Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava...
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.
Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi,...
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.
Təlimdə heyətlər tərəfindən...