Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkənin...
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb
Yanvarın 16-da xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında baş tutan təkbətək...
BMT-nin Baş katibi: COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir.
"Report"-un məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2025-ci...
Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib
15-16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın...
Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki,...
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə "Report"a Müdafiə...
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb.
"Report" xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük, cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə formatına görə Sizə...
Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə...