Sabah dumanlı hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Dumanlı hava şəraiti ilə əlaqədar sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.
"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyunun 12-də dumanlı hava şəraiti ilə...
DYP “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən "Report"a daxil olan müraciətdə deyilir:
"Əziz Şuşa" beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan...
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə "Report"a ADY-dən bildirilib.
Belə ki, 10 iyun tarixində əlavə...
ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun direktoru Bakıdadır
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo iyunun 6-da Bakıya gəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun yanında Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi ilə...
Güclü yağış səbəbindən İsmayıllı-Lahıc yolu bağlanıb
Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları...
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Mayın 27-29-da Bakıda bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin aparılması ilə əlaqədar olaraq həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Report” xəbər verir ki, bu barədə...
Praqa-Bakı marşrutu üzrə reysin uçuşu texniki səbəbdən gecikir
"Azərbaycan Hava Yolları" aviaşirkətinin Praqa-Bakı marşrutu üzrə J2-110 reysinin uçuşu texniki səbəbdən gecikir.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Gecikmiş reysin sərnişinləri Bakı vaxtı ilə saat...
Cari ilin 4 ayında metrodan istifadə edənlərin sayı açıqlanıb
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 39,2 milyon ton yük, 504,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 faiz...
Neftçalada 11 yaşayış məntəqəsinin yolları yenidən qurulur
Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına...
Bakı metrosunun iş vaxtı bir saat uzadılıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq.
“Report” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”...