Brüssel bu ayın sonuna qədər “sərhəd komissiyası”nın iclasını keçirmək istiqamətində çalışır.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
“Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik”, – deyə J.Borrel qeyd edib.
Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.