Bosniya və Herseqovinanın təhlükəsizlik naziri həbs olunub

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç həbs edilib.

AZƏRTAC xəbər verir ki, nazir prokurorluğun göstərişi ilə Bosniya və Herseqovinanın Serbska Respublikasının Daxili İşlər Nazirliyi keçirdiyi xüsusi əməliyyat zamanı Şərqi Sarayevoda saxlanılıb.

Nenad Neşiç 2016-cı ildən 2020-ci ilədək “Serbska Respublikasının Yolları” İctimai Müəssisəsinin direktoru vəzifəsində işlədiyi dövrdə korrupsiyada ittiham olunur.

ƏvvəlkiTəyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib
NövbətiBatumidən Moskvaya uçan təyyarə reysləri təxirə salınıb