Böyük Britaniya kralı III Çarlz Milad bayramı münasibətilə xalqa ilk müraciətini edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, çıxış Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında qeydə alınıb.
III Çarlz müraciətinin əvvəlində anası II Elizabetin xatirəsinə ehtiramını bildirib. Britaniya kralı nitqində, həmçinin imkansız insanlara qayğı, ictimai xidmətin əhəmiyyəti, dinə çoxkonfessiyalı yanaşmanın dəstəklənməsi məsələlərinə toxunub. O, xeyirxah insanlara, o cümlədən səxavətlə yardım edən, ehtiyacı olanlara dəstək göstərən hər kəsə hörmətini ifadə edib. İnsanları bayramdan zövq almağa çağırıb, onlara sülh və xoşbəxtlik arzulayıb.