Azərbaycanı Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə 81 kq çəki dərəcəsində təmsil edən cüdoçu Elcan Hacıyev və Zelim Tçkayev bürünc medal görüşünə çıxıb.
“Report” xəbər verir ki, Hacıyevin rəqibi italiyalı Titsiano Falkone olub. Azərbaycanlı cüdoçu rəqibini 37 saniyəyə məğlub edib.
Tçkayev isə özbəkistanlı Şarofiddin Boltaboyevlə görüşündə qızıl xal bölümündə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bürünc medalla başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.