Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.
“Report”un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Kişilər
60 kq
1/16 final. Davud Məmmədsoy – Albert Oğuzov (Rusiya)
66 kq
1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)
73 kq
1/16 final. Rəşad Məmmədəliyev – Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov – Georgios Azoidis (Yunanıstan)
81 kq
1/16 final. Murad Fətiyev – Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov – Asad Masabirov (Qırğızıstan)
+100 kq
1/16 final. Camal Feyziyev – Marius Fizel (Slovakiya)
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)
İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq. Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.