BQXK-nın avtomobilləri Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında BQXK-nın minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid edib.

Bu fakt bir daha təsdiq edir ki, bəzi dairələrin iddia etdiyi kimi Azərbaycan Qarabağ ermənilərini blokadaya almayıb və heç bir humanitar məqsədli keçidə də mane olmur.

[advanced_iframe src=”//newstube.az/embed/152993″ width=”100%” height=”600″]

ƏvvəlkiABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb
NövbətiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub