Braziliyada təyyarə qəzasında 62 nəfər ölüb

Braziliyada daxili reysi yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, “Voepass” şirkətinə məxsus, Fransa istehsalı olan ATR-72 tipli təyyarə San-Paulu ştatında qəzaya uğrayıb. Ekipaj üzvləri və sərnişinlər arasında sağ qalan yoxdur. Qəzanın səbəbləri araşdırılır.

Əvvəlki“Paris-2024”: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq
NövbətiPrezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib