Böyük Britaniya Rusiyanın 86 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq olunan şəxslər arasında Rusiyanın mis şirkətinin direktorlar şurasının sədri də var.
Bundan başqa, Metallurgiya İnvestisiya Bankına və metal istehsalı ilə bağlı 8 Rusiya şirkətinə qarşı da sanksiya tətbiq olunub.
Həmçinin siyahıda “Kalaşnikov” konserni də daxil olmaqla, Rusiyanın 20 müdafiə sənayesi şirkətinin rəhbərinin adı var.