Brüsseldə sanitar məhdudiyyətlərə etiraz əlaməti olaraq keçirilən aksiyalarda hüquq-mühafizə orqanları ilə toqquşma baş verib, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Trend TASS-a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışaraq polisə fişəng və şüşə qablar atmağa başlayıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub. İndi Brüsseldə havanın temperaturu 4 dərəcə isti təşkil edir, yerli qanunlara əsasən, sıfırdan yuxarı temperaturda su şırnaqlarından istifadəyə icazə verilir.
Polisin bildirdiyinə görə, qarşıdurma zamanı 10-a qədər adam həbs edilib. Hələlik hadisə təcrid olunub.