Fevralın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 30 min 796 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2196, ikinci doza üzrə 1389, üç və daha çox doza vaksinlərin sayı 25233, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1978-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 590, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 327, ikinci mərhələ üzrə 4 milyon 774 min 963, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 318, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 193 min 982-dir.