Fevralın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 36 min 569 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2 min 738, ikinci mərhələ üzrə – 1 555, üç və daha çox doza vaksinlərin sayı 30 min 174, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2 min 102-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 756 min 794, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 283 min 131, ikinci mərhələ üzrə 4 milyon 773 min 574, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 508 min 85, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 192 min 4-dür.