Fevralın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 51 mın 641 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 3 min 244, ikinci mərhələ üzrə – 2 min 190, üç və daha çox doza vaksinlərin sayı 43 min 231, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2976.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 679 min 11, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 277 min 215, ikinci mərhələ üzrə 4 milyon 770 min 489, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 443 min 823, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 187 484.