Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 788 nəfər müalicə olunaraq sağalıb, 9 min 684 nəfər vəfat edib. Aktiv xəstə sayı 294 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 285, bu günə qədər isə ümumilikdə 6 milyon 687 min 581 test icra olunub.