Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII sammiti işinə başlayacaq.
“Report” xəbər verir ki, sammitdə 158 ölkə və beynəlxalq təşkilat iştirak edir.
Sammit zamanı təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçəcək.
Sammitdə dörd sənədin qəbul ediləcəyi gözlənilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.