İranda bu gün Torpaq Çərşənbəsi ilə əlaqədar baş verən hadisələr nəticəsində bu saatadək 714 nəfər yaralanıb.
Trend-in məlumatına görə, hadisələr nəticəsində 80 nəfərin bədən üzvü kəsilib, 208 nəfər gözündən yaralanıb, 136 nəfər xəstəxanaya yatırılıb.
Ən çox yaralılar Tehran vilayətində – 178 nəfər, Şərqi Azərbaycan vilayətində 79 nəfər, Qərbi Azərbaycan vilayətində isə 68 nəfərdir.
Qeyd edək ki, İranda 20 fevraldan bu günədək çərşənbə günləri ilə əlaqədar hadisələrdə 7 nəfər ölüb, 147 nəfər yaralanıb.
İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.