Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib

Respublika ərazisində son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində 8 mindən çox ağac tingi əkilib: “Yanvarın 1-dən 21-dək respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3 min 500 kiloqram toxum səpilib”.

ƏvvəlkiQərbi Azərbaycan İcmasının Qadınlar Şurasının ilk iclası keçirilib
NövbətiSon bir ayda saxlanılan 65 nəfərdən 170 kiloqram narkotik vasitə götürülüb