Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
“Report”un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.
Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.
Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.
Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
1. Pərvin Məmmədov (Pauerliftinq – 49 kq)
2. Elşən Hüseynov (Pauerliftinq – 107 kq)
3. Şamo Aslanov (Pauerliftinq – +107 kq)
4. Nurlan Babacanov (Pauerliftinq – 97 kq)
5. Roman Saley (Üzgüçülük – 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə)
6. Vəli İsrafilov (Üzgüçülük – 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə)
7. Dana Şandıbina (Üzgüçülük – 100 metr məsafəyə brass üsulu ilə üzmə)
8. Şəhanə Hacıyeva (Cüdo – 48 kq)
9. Bəsti Səfərova (Cüdo – 52 kq)
10. Vüqar Şirinli (Cüdo – 60 kq)
11. Namiq Abbaslı (Cüdo – 66 kq)
12. Sevda Vəliyeva (Cüdo – 57 kq)
13. Xanım Hüseynova (Cüdo – 63 kq)
14. Hüseyn Rəhimli (Cüdo – 81 kq)
15. Dürsədəf Kərimova (Cüdo – +70 kq)
16. Kənan Abdullaxanlı (Cüdo – 100 kq)
17. İlham Zəkiyev (Cüdo – +100 kq)
18. Oloxan Musayev – (Atletika – nüvə itələmə, disk atma)
19. Elvin Astanov – (Atletika – nüvə itələmə)
20. Həmid Heydəri (Atletika – nizə atma)
21. Orxan Qasımov (Atletika – nizə atma)
22. Samir Nəbiyev – (Atletika – nüvə itələmə)
23. Elmir Cəbrayılov – (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
24. Səid Nəcəfzadə (Atletika – uzunluğa tullanma)
25. Kamil Əliyev (Atletika – uzunluğa tullanma)
26. Yelena Çebanu (Atletika – 100 metr məsafəyə qaçış)
27. Yuliya Yanovskaya (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
28. Lamiyə Vəliyeva (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
29. Orxan Aslanov – (Atletika – uzunluğa tullanma)
30. Yelena Taranova (Güllə atıcılığı – 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
31. Kamran Zeynalov (Güllə atıcılığı – 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
32. Röyalə Fətəliyeva (Taekvondo – 49 kq)
33. İmaməddin Xəlilov (Taekvondo – 61 kq)
34. Əbülfəz Abuzərli (Taekvondo – 75 kq)
35. Aynur Məmmədova (Taekvondo – +58 kq)
Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq. Para-üzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.