500 nəfər əlilliyi olan şəxsə isə BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində biznes qurulur.
Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir. Cari ilin ötən dövründə də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən
1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir.
Qeyd edək ki, proqramla əhatə olunanlar həssas qruplardan biri olan əlilliyi olan
şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes
planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.
Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial
cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə
isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin
İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas
istqiamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstklənməsi
işləri aparılır.