Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin tarixən Azərbaycan kimliyinin tərkib hissəsi olmasına dair “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” (“Karabakh khanate: historical and cultural profile”) adlı kitab çap edilib.
Heydər Əliyev Fondunun himayəsi və XİN-in dəstəyi ilə ərsəyə gələn nəşr ingilis, fransız və ərəb dillərində çapdan çıxıb. Eldar Nadiradzenin müəllifi olduğu kitab Gürcüstan Milli Muzeyindəki tarixi artefaktlar əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilib.
Hesabatda, həmçinin qeyd edilib ki, bu il ərzində işğaldan azad olunmuş ərazilərə 200-ə yaxın xarici jurnalistin səfərləri (press-turlar) təşkil olunub. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən feysbuk, tviter, instaqram və yutub platformalarında aktiv fəaliyyət davam etdirilib.