2024-cü il ərzində 5 yeni peşə ixtisasının qiymətləndirmə və tanınmasının həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 2021-ci ildə 29, 2022-ci ildə 143, 2023-cü ildə 169 nəfərə peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.