Yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib, 69,8 min şəxsə reabilitasiya xidməti göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib.
Onlardan 20,5 mininə ilkin, 20,8 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 69,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.