Bu il Bakıya əlavə 300 yeni müasir avtobus gətiriləcək

Bu il Bakıya əlavə 300 yeni müasir avtobus gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Prezident deyib: “Şəhər nəqliyyatı sahəsində də irəliləyiş var. Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir”.

Son vaxtlar baş vermiş qəzaları çox böyük faciə adlandıran ölkə başçısı buna son qoymaq üçün müvafiq qurumlara çox ciddi təftişin aparmaq, avtobusları idarə edən şirkətləri çox ciddi nəzarətə götürməyi tapşırıb.

Əvvəlkiavtobus
Növbəti“Dünya” Ana və Uşaqlar İctimai Birliyi Xaçmazda növbəti tədbirini keçirdi