2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.