Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbləri 24 məzun qızıl və gümüş nişanla başa vurub.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
Məzunların qızıl və gümüş nişana layiq görülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyən edilir.