Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar isə müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında 88,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb. Onlardan 2,3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.
Bununla da vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.