Almaniya Bundestaqı (parlament) Qolodomoru – 1930-cu illərin əvvəllərində SSRİ-də baş vermiş kütləvi aclığı soyqırım kimi xarakterizə edən qətnaməni təsdiqləyib.
“Report” xəbər verir ki, sənəd həm Almaniyada hakim partiyaların, həm də müxalif mühafizəkarlar blokunun fraksiyaları tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.
Səsvermədə Sol Partiya və Almaniya üçün Alternativ fraksiyalarının parlamentariləri bitərəf qalıb.
Sənəddə bildirilib ki, təkcə onun taxıl istehsal edən rayonları deyil, bütün Ukrayna aclıq və repressiyalardan əziyyət çəkib.
Beləliklə, bugünkü prizmadan baxdıqda tarixi və siyasi olaraq həmin hadisələr soyqırım kimi təyin edilir.